Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Əhməd Nəsibovu güllələyən agentlik əməkdaşı olub

Tarix: 04-03-2025 21:37     Baxış: 322 A- / A+
Əhməd Nəsibovu güllələyən agentlik əməkdaşı olub
Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub. Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi “Makarov” markalı tapançanı da Qarabağda fəaliyyət göstərdiyi vaxt əldə edərək qeyri-qanuni olaraq özünə götürüb.
Araşdırmalar zamanı o da məlum olub ki, Salehin küçədə güllələyərək öldürdüyü Əhməd Nəsibov “TikTok” sosial şəbəkəsindən aktiv istifadə edibmiş. Onun bir neçə azyaşlıya qarşı qeyri-etik hərəkətlər və təkliflər etdiyi qeyd olunub.
Saleh Əliyev də qisas zəminində iş yerini tərk edərək Yevlaxa gedib və ictimai yerdə Əhmədi yaxalayaraq onun başından atəş açmaqla qətlə yetirib.
Şəki Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 120.2.4, 221 və 228-ci (120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, xuliqanlıq, qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar