Sizin Reklam Burada
Xəbər lenti
11-12-2024
10-12-2024
BÜTÜN XƏBƏRLƏR

ƏDƏBİYYATdan ədəBİYYƏTə...

Tarix: 09-12-2024 10:52     Baxış: 486 A- / A+
Emil Rasimoğlu 


Ədəbi müstəvidəki son dönəmlərin “mənzərəsi” bir daha onu göstərdi ki, (göstərir ki!) bu cəmiyyət, bu ədəbi mühit açıq — aydın, sağlam və azad düşüncə müzakirəsinə hələ də kürək çevirməkdədi.
 

“Dəyərlər” adı altında diktator düşüncə tərzini, bütpərəstliyi, “səcdə ədəbi mühiti”ni təqdim və təbliğ etmək inkişafsızlığa, kortəbiiliyə “xidmət” etməkən başqa heç nə deyil.
 
Sanki bir “itaətkarlıq” fəsadı xroniki olaraq bürüyüb hər yeri, hər sahəni...
 
Bir çox hallarda bu dövlətdən demokratiya umanların demokratik təfəkkür tərzindən, demokratiyanın mahiyyətindən... xəbəri belə yoxdu.
 
Hətta özünü demokrat kimi təqdim edənlərin demokratiya fəzasında “boğulduğu” üzə çıxır. Məsələn, Sabir Rüstəmxanlı kimi. Adamın publika qarşısında (facebookda) yayımladığı şeirinə ədəbi baxımdan fikir bildirirsən, ortaya ədəbi münasibət qoyursan, heç üstündən beş dəqiqə keçməmiş görürsən ki, fikirlərin qeyb olub, Sabir Rüstəmxanlının əli ilə necə deyərlər, göndərilib gedər — gəlməzə... və bu an düşünürən ki, görəsən, demokratiya, demokratik dəyərlər, fikir və düşüncə azadlığı, sağlam polemika Sabir Rüstəmxanlı üçün budur?
 
Qayıdım, mətləbə... Adamlar sanki təhqiri, iftiranı, böhtanı... və daha nələri, nələri günəşin üstünə atıb qışqır — bağır salır ki, bircə çıxma e, çıxma.
Axı, günəşin çıxmasına niyə narahatsan ki, ay insan oğlu? Qorxun, hürkün nədəndi ki? “Var” olan onsuz da var, “yoxluğu” isə gizlətmək onsuz da mümkünsüzdü...
 
SƏNƏT elə bil NƏSNƏdir ki, müəllifi yalnız o qoruya bilər. O da ki, müəllif əgər onu yaradıbsa. Əks halda, bütün cəhdlər əbəsdi, puçdu...
 
Gerçək sənət həqiqətləri, sənət prinsipləri bir başqa fövqəl mahiyyətdi, İlahi dərkdi...
 
Yeri gəlmişkən, deyim ki, təhqir, iftira, böhtanla, kortəbiiliklə... çıxış etmək bir insanın zəifliyidir. İllah da qələm adamı, söz adamı, kitab adamı olasan. Uzaqdan o qədər kiçik, bəsit görünür ki...
 
Bir azdan bu ədəbi mühitdə “ələm” də gəzdirəcəklər. Yəni o qədər cəhalət müstəvisinə enib, “xurafatlaşıb”...
Çünki əksəriyyət hələ də bilmir ki, (bilmək istəmir ki!) ədəbiyyat, ədəbi polemika, sağlam diskussiya, fikir mübadiləsi nə deməkdi... 
 
Mədh, biyyət, səcdəgah... dövründən xilas olmaq lazımdır, cənablar!
 
P.S: Çalışın sağlam polemikaya... fikir mübadilələrinə... fikir və düşüncə adazlığına... spesifik sənətin meyarlarına uyğun çıxış etməyə... inkişaf edib, ÇATIN, ALIŞIN... ÖYRƏNİN, ÖYRƏŞİN! Təbii ki, bacarırsınızsa...
 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar