Sizin Reklam Burada
Xəbər lenti
27-11-2026
26-11-2026
BÜTÜN XƏBƏRLƏR

Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir?

Tarix: 28-11-2026 09:55     Baxış: 428 A- / A+
Marketlərdən alınan yumurtaların qabığına vurulan kodlar məhsulun hansı şəraitdə istehsal edildiyi barədə mühüm məlumat verir.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, kodun ilk rəqəmi toyuğun yetişdirilmə üsulunu göstərir:
0 ilə başlayanlar: Orqanik yetişdirmə qaydalarına uyğun böyüdülən və orqanik yemlərlə bəslənən toyuqlardan əldə olunur.
1 ilə başlayanlar: Açıq havaya çıxa bilən və sərbəst gəzən toyuqların yumurtasıdır.
2 ilə başlayanlar: Qapalı hinlərdə, lakin qəfəsə salınmadan sərbəst yetişdirilən toyuqlardan alınır.
3 ilə başlayanlar: Qəfəs sistemində saxlanılan toyuqlardan əldə edilir.

(Qeyd: Bu rəqəmlər yumurtanın ölçüsünü, təzəliyini və ya qida dəyərini deyil, yalnız istehsal üsulunu göstərir).
Digər işarələrin mənası
Yetişdirmə kodundan dərhal sonra gələn TR hərfləri yumurtanın Türkiyədə istehsal olunduğunu bildirir. Ardınca gələn ilk iki rəqəm istehsalın həyata keçirildiyi vilayətin avtomobil seriya kodunu (məsələn, 06 Ankara, 34 İstanbul, 35 İzmir), növbəti rəqəmlər müəssisənin qeydiyyat nömrəsini, son rəqəmlər isə yumurtanın əldə edildiyi hini göstərir.
Mütəxəssislər yumurta alarkən qablaşdırma üzərindəki yazılarla yanaşı, qabıqdakı kodları da yoxlamağı tövsiyə edirlər. A sinfinə aid süfrə yumurtalarında bu kodların oxunaqlı şəkildə olması məcburidir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar