Xəbər lenti
“Gizlədilməyən "axsama": Mir Şahinin bugünkü mənzərəsi”

Emil Rasimoğlu
şair-publisist
Bugünlərdə ictimai sferada diqqətimi çəkən məqamlardan biri də hazırda Bakının mövcud acınacaqlı durumu ilə bağlı media işıqlandırmalarına, ictimai qınağa qarşı Mir Şahin Ağayevin növbəti dəfə “qılıncoynatma səhnəsi”ndə görünməsi (əslində isə növbəti dəfə fiaskoya uğraması!) oldu...
... Bir dəfə də yazmışdım, Mir Şahin Ağayev öz cəbhəsində (jurnalistikada) istedadı olan... və elə öz cəbhəsində istedadlı olduğu qədər də “ayağını” (mövqeyini, xarakterini, prinsiplərini!) ən ağır dərəcədə “güllələtdirən” jurnalistlərdəndir. Bəli, məhz “güllələtdirən”!
İndi onu sevənlər (sevmək istəyənlər!) Mir Şahinin bu şəkildə “axsamağını” nə qədər “gizlətmək” istəsə də... alınmır ki, alınmır!
Özü özünü “güllələtdirən” adamlar sonradan (haqsız və amansızcasına!) özü “güllələməyə” başlayır... Ki, bu da dəhşətli mənzərədir. Mir Şahin bu saat o “mənzərəni” yaratmaqla məşğuldur.
... Bir də ki, bu gözəlim məmləkətin Mir Şahin həzrətləri deyəsən, unudub ki, bir zaman içində parladığı, hətta rəhbərliyində təmsil olunduğu ANS media strukturu bir dövr bu kimi məsələlərin (haqlı olaraq!) anbaan ən qabarıq mərkəzində olub... Və nə yaxşı ki, olub!
Yeri gəlmişkən deyim ki, ilin-günün bu çağında Mir Şahinin ümumiyyətlə həmin o ANS XƏTTİni unutması... VƏ YA hazırkı fəaliyyəti ilə o XƏTTin fərqində olmaması (da!) bugün əlbəttə ki, təbii məsələdir. Çünki o, indi ANS-in yox, Real(lığ)ın Mir Şahin Ağayevidir!
... Və o, indi Real(lığ)ın həmin Mir Şahin Ağayevdir ki, eləcə öz əksinə (özünə qarşı!) “üzməyi” bəlkə Tanrıya da söz verib!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























