Sizin Reklam Burada
Xəbər lenti
16-11-2026
15-11-2026
BÜTÜN XƏBƏRLƏR

Aşağı nəbz nə zaman təhlükəlidir?

Tarix: 17-11-2026 10:10     Baxış: 334 A- / A+

Sakit vəziyyətdə nəbzin dəqiqədə 50-dən aşağı olması hər zaman təhlükə əlaməti deyil. Lakin bəzi hallarda bu vəziyyət ciddi sağlamlıq probleminə işarə edə bilər.
Manevr.az xəbər verir ki, kardioloq Nadejda Kesyan bildirib ki, tibbdə ürək döyüntüsünün dəqiqədə 60-dan aşağı olması bradikardiya adlanır. Bəzi insanlarda, xüsusilə idmançılarda və müntəzəm məşq edənlərdə nəbzin 40-50 olması fizioloji xüsusiyyət hesab edilə bilər. Yuxu zamanı da ürək döyüntüsü təbii olaraq azalır.
Həkimin sözlərinə görə, əsas diqqət insanın özünü necə hiss etməsinə yönəldilməlidir. Davamlı zəiflik, başgicəllənmə, fiziki hərəkət zamanı nəfəs darlığı, gözlərin qaralması, sinədə sıxılma və aşağı təzyiq aşağı nəbzin narahatlıq doğuran əlamətləri ola bilər. Belə hallarda kardioloqa müraciət etmək lazımdır.
Bradikardiyanın səbəbləri arasında ürəyin elektrik keçiriciliyində pozğunluqlar, qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi, bəzi dərmanların qəbulu və kalium, maqnezium, kalsium balansının pozulması da var.
Mütəxəssis xəbərdarlıq edir ki, nəbz dəqiqədə 45-50-dən aşağı düşürsə və bu vəziyyət huşun itirilməsi, sinədə ağrı, istirahət zamanı kəskin nəfəs darlığı, qəfil solğunluq və soyuq tərlə müşayiət olunursa, dərhal təcili yardım çağırılmalıdır.
Həkim həmçinin özbaşına dərman, enerji içkisi və ya yüksək dozada kofein qəbul edərək nəbzi sürətləndirməyə çalışmağı məsləhət görmür. Bu cür müdaxilələr ürək ritminin pozulmasına səbəb ola bilər.ölkə.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar