Sizin Reklam Burada
Xəbər lenti
16-11-2026
15-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda ərini yandıran qadın saxlanıldı

Tarix: 16-11-2026 14:14     Baxış: 327 A- / A+
Ərini yandırdığı üçün saxlanılan dörd uşaq anasının övladlarına qovuşma anı izləyənləri duyğulandırıb. 
Manevr.az xəbər verir ki, görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.
M.Zeynalovanın sözlərinə görə, 14 yaşında valideynlərini itirən qadın yetkin yaşlı şəxslə qeyri-rəsmi ailə qurub və illər ərzində ağır məişət zorakılığına məruz qalıb.
2026-cı il avqustun 20-də qadının həyat yoldaşı evə benzin gətirərək ailə üzvlərini yandıracağı ilə hədələyib.
Övladlarının həyatından qorxan qadın isə kişinin ayağına benzin tökərək onu yandırıb.
Hadisədən sonra qadın dövlət qurumlarına müraciət edərək həbs olunmasını istəsə də, qarşı tərəfin şikayəti olmadığı üçün saxlanılmayıb.
Daha sonra o, sığınacağa yerləşdirilib.
Mehriban Zeynalovanın sözlərinə görə, qadın sənəd işləri ilə əlaqədar ASAN Xidmətə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
48 saatlıq saxlanılmadan sonra isə məhkəmə prosesi keçirilənədək yenidən sığınacağa qaytarılıb.
Zeynalova bildirib ki, həmin müddətdə qadının dörd övladı analarının yolunu səbirsizliklə gözləyib. Nəhayət, ötən gecə uşaqlar analarına qovuşublar.
"İndi isə məhkəmənin onun barəsində verəcəyi qərarı gözləyirik. Ən böyük arzumuz və ümidimiz bu ananın övladlarının yanında qalması və onlardan ayrı düşməməsidir", - deyə Mehriban Zeynalova qeyd edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar