Sizin Reklam Burada
Xəbər lenti
14-11-2026
13-11-2026
BÜTÜN XƏBƏRLƏR

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək

Tarix: 14-11-2026 15:20     Baxış: 318 A- / A+


Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sisteminin formalaşdırılmasından ibarətdir.
Manevr.az xəbər verir ki, bunu Unikal-a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasən, saatlıq minimum əmək haqqının orta aylıq əmək haqqının saatlara bölünərək alınacaq məbləğindən daha çox olmasıdır:
"Bu o deməkdir ki, saatlıq minimum əmək haqqı sadəcə orta aylıq əmək haqqının aydakı iş saatlarına bölünməsi ilə əldə edilməyəcək. Bu zaman xüsusi əmsallardan istifadə olunacaq. Nəticədə saatlıq minimum əmək haqqı daha yüksək olacaq və saatlıq minimum əmək haqqı ilə çalışan vətəndaşlarımız daha çox maaş alma imkanına malik olacaq. Eyni zamanda təbii ki, bu həm də bir neçə iş yerində çalışmaq imkanıdır və vətəndaşlarımızın aylıq gəlirinin artmasına səbəb olacaq. Həm saatlıq minimum əmək haqqı məbləğinin yüksək olması, həm də bir neçə işdə çalışmaq vətəndaşların daha çox əmək haqqı və gəlir əldə etməsinə imkan yaradacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar