Sizin Reklam Burada
Xəbər lenti
12-11-2026
11-11-2026
BÜTÜN XƏBƏRLƏR

42 il gizlədilən sirr - Nasist düşərgəsinin gözətçisi ilə evlənən Holokost qurbanı

Tarix: 13-11-2026 09:11     Baxış: 426 A- / A+

Bəzən həyat elə ssenarilər yazır ki, heç bir rejissor belə bir hadisəni ekranlaşdırmağa cəsarət etməz. Çünki baş verənlər həddindən artıq inanılmaz və amansız görünür. Konslagerdə bütün ailəsini itirmiş bir kişi vaxtilə həmin düşərgələrdən birində gözətçi işləmiş qadınla evlənib. O, həyat yoldaşının keçmişindən xəbərsiz olub. Qadın isə həqiqəti 42 il gizlətməyi bacarıb. Bu, ssenarist təxəyyülünün məhsulu deyil, Fred Rinkel və Elfruda Hutun real həyat hekayəsidir.
İnsan əzabından qazanılan pul
1922-ci ildə Leypsiqdə dünyaya gələn Elfruda Hut adi alman ailəsində böyüyüb. Müharibə başlayanda milyonlarla insan kimi onun da həyatı dəyişib. Lakin hər kəs müharibə və nasist rejimi qarşısında eyni mövqe tutmayıb. Kimisi müqavimət göstərib, kimisi susub, kimisi isə rejimin yaratdığı sistemdə özünə qazanc mənbəyi tapıb. 1944-cü ildə, 22 yaşında olarkən Elfruda könüllü şəkildə Ravensbrük konslagerinin köməkçi heyətinə qoşulub. O, nasist partiyasının üzvü olmayıb və sonradan bunu ideoloji seçimlə deyil, maddi maraqla izah edib. Qadının sözlərinə görə, düşərgədə daha çox pul qazanmaq mümkün olub.
0015ba9e-809a-44f6-8c4e-72a62b5660b3.jpeg (60 KB)
“Pula ehtiyacım var idi. Almaniyanın tezliklə müharibəni uduzacağını haradan bilə bilərdim?” – deyə o, sonralar bildirib. Elfruda öz qərarını belə əsaslandırıb. Lakin onun işlədiyi Ravensbrük adi iş yeri olmayıb. Berlindən təxminən 90 kilometr aralıda yerləşən düşərgə əsasən qadınlar üçün nəzərdə tutulmuşdu. Buradan ümumilikdə 130 minə yaxın məhbus keçib. İlk vaxtlar 6 min nəfər üçün nəzərdə tutulan düşərgə sonradan dəfələrlə genişləndirilib. Ravensbrükdə qadın gözətçilərin məhbuslarla rəftarının xüsusilə qəddar olduğu barədə çoxsaylı ifadələr mövcuddur. Elfruda da onlardan biri olub. O, aldığı maaşın qarşılığını amansız davranışları ilə verib: məhbusları döyüb, onların üzərinə itlər saldırıb, müxtəlif işgəncə və təhqirlərə yol verib.
Bu davranışlar xidməti vəzifələrin icrası üçün zəruri olmayıb. Buna baxmayaraq, gənc gözətçi zorakılıqda xüsusi fəallıq nümayiş etdirib. 1944-cü ilin sonlarında düşərgə rəhbərliyi “14f13” əməliyyatı çərçivəsində işləmək qabiliyyətini itirmiş yaşlı və xəstə məhbusların məhv edilməsinə dair göstəriş alıb. Elfruda sonralar bu qətllərdə iştirak etmədiyini iddia edib. Ancaq onun keçmişini uzun illər gizlətməsi bu ifadələrə şübhə ilə yanaşılmasına səbəb olub.
08be09cc-ba93-43d5-94a1-61405215eadf.jpeg (233 KB)
Sovet qoşunları yaxınlaşdıqca düşərgənin boşaldılmasına başlanılıb. İşləmək qabiliyyəti olmayan məhbusların kartlarına “VV” işarəsi vurulub. Onlara guya Sileziyadakı sağlamlıq mərkəzinə göndəriləcəkləri bildirilsə də, əslində ölümə aparılıblar. 1945-ci il aprelin 29-da düşərgənin mühafizəçiləri qaçıblar, sənədlər yandırılıb və cinayətlərin izlərini itirməyə çalışıblar.
Keçmişin üzərində qurulan yeni həyat
Elfruda əvvəlcə valideynlərinin evində gizlənib. Ravensbrük düşərgəsinin əməkdaşları barədə məhkəmə prosesləri başlayanda onun üçün də təhlükə yaranıb. Hamburqda düşərgənin SS heyətinin 16 üzvü barəsində ölüm hökmü çıxarıldıqdan sonra qadın Almaniyanı tərk etmək qərarına gəlib. O, ABŞ-yə köçüb və Kaliforniyada məskunlaşıb. Burada Fred Rinkel adlı yəhudi əsilli kişi ilə tanış olub. Fred nasist konslagerlərində atasını, anasını, nənəsini və babasını itirib. Özü isə əvvəlcə Şanxaya, daha sonra ABŞ-yə qaçaraq xilas ola bilib. Fred həyat yoldaşına ailəsinin başına gələn faciələri danışıb, düşərgələrdə yaşanan dəhşətləri bölüşüb. Elfruda isə onun qarşısında başqa bir obraz yaradıb: özünü yəhudi kimi təqdim edib. Qadın hər həftə sinaqoqa gedib, kaşrut qaydalarına əməl edib, bayramlarda koşer şirniyyatları hazırlayıb, yəhudi məktəblərinə ianələr edib. Beləcə, Fredin yanında 42 il ərzində keçmişini gizlətməyi bacarıb. Ətrafdakılar onları mehriban, xoşbəxt yaşlı cütlük kimi tanıyıblar. Halbuki bu ailə həyatının təməlində böyük bir yalan dayanıb.
15b3d600-f506-4de0-9367-f7c6ab31390e.jpeg (153 KB)
2004-cü ildə Fred Rinkel vəfat edib. O, həyat yoldaşının Ravensbrükdəki keçmişindən xəbər tutmadan dünyasını dəyişib. Dəfn mərasimindən az sonra polis Elfrudanın evinə gəlib. Qonşuları isə mehriban və sakit qadının nasist düşərgəsində gözətçi işlədiyini öyrənəndə şoka düşüblər. Simon Vizental Mərkəzi onun məhkəmə qarşısına çıxarılmasını tələb edib. Lakin hadisələrdən təxminən 60 il keçib. Şahidlərin çoxu artıq həyatda deyildi, sübutların toplanması isə ciddi çətinliklər yaradıb. 2006-cı il sentyabrın 1-də ABŞ məhkəməsi Elfrudanın ölkədə yaşamaq hüququnu ləğv edib və onun Almaniyaya deportasiyası barədə qərar verib. ABŞ-də yaşadığı müddətdə qadın pensiya və sosial müavinət şəklində dövlətdən təxminən 120 min dollar alıb. Həmin vəsaiti geri qaytarmaqdan imtina edib və kirayə mənzil tutmağa pulu olmadığını bildirib.
Almaniyaya qayıtdıqdan sonra Elfruda həbs edilməyib. O, qohumlarının fermasında yaşamağa başlayıb. Mətbuata müsahibəsində isə keçmişinə görə peşmanlıq ifadə etməyib. Əksinə, nasist rejimi ilə əməkdaşlığını müharibə şəraiti ilə izah edib: “Hamı rejimlə əməkdaşlıq edirdi, müharibə gedirdi. Fabrikdə işləmək daha təhlükəli idi, çünki binalar bombalanırdı. Mən məntiqli seçim edərək SS-i seçdim. Hər kəs belə edərdi”.
ac0e1c60-fc05-4e73-8306-02bb913b77ca.jpeg (99 KB)
Köln hakimiyyəti onun keçmiş fəaliyyəti ilə bağlı şahidlər axtarsa da, nəticə əldə edə bilməyib. Sonralar Elfrudada demensiya yaranıb və o, Düsseldorf yaxınlığındakı qocalar evinə yerləşdirilib. Müəssisənin əməkdaşları qadının keçmişini öyrəndikdən sonra onun oradan aparılmasını tələb ediblər. Lakin qohumları bu tələbi cavabsız qoyublar. 2018-ci ilin iyulunda Elfruda Hut 98 yaşında vəfat edib. O, ömrünün sonuna qədər həbsxanaya düşməyib və məhkəmə qarşısında cavab verməyib.(musavat.com)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar