Xəbər lenti
20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğramasından bir il keçir.Manevr.az xəbər verir ki, faciə 2025-ci il noyabrın 11-də baş verib. Azərbaycanın Gəncə şəhərindən Türkiyəyə qayıdan təyyarə Gürcüstan ərazisində, Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 20 hərbi qulluqçunun hamısı həyatını itirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, C-130 təyyarəsi 8 Noyabr - Zəfər Günü tədbirləri çərçivəsində Azərbaycanda uçuşlar həyata keçirən F-16 qırıcılarının texniki heyətini və avadanlıqlarını Türkiyəyə aparırmış. Təyyarədə 10 nəfərlik texniki xidmət heyəti olub.
Kayseridən Gəncəyə gələn C-130E tipli hərbi təyyarə buradan Türkiyənin Merzifon şəhərində yerləşən 5-ci Əsas Reaktiv Təyyarə Bazasına istiqamət alıb. Uçuş zamanı Tbilisi Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə sonuncu əlaqədən sonra təyyarə ilə radio və radar bağlantısı kəsilib.
Qəza baş verdikdən sonra Türkiyə, Azərbaycan və Gürcüstanın aidiyyəti qurumları birgə axtarış-xilasetmə əməliyyatları həyata keçiriblər.
Faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































