Sizin Reklam Burada
Xəbər lenti
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib

Tarix: 10-11-2026 15:19     Baxış: 340 A- / A+



10 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb. Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu ölkələrimiz arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.
Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri, mövcud əməkdaşlıq gündəliyi müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək, siyasi dialoqun, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb.
İki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyinin əhəmiyyəti qeyd olunub.
Görüşdə son illərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, enerji, nəqliyyat və logistika, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Görüşdə, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə mövqelərin uzlaşdırılması və qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri nəzərdən keçirilib.
Görüş zamanı, ölkəmizdəki diplomatik fəaliyyəti başa çatan səfirə gələcək işlərində uğurlar arzulanıb. Səfir Draqan Vladisavlyeviç Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib, ölkəmizdəki diplomatik fəaliyyətini məmnunluqla xatırladığını və Azərbaycan-Serbiya dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar