Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
BÜTÜN XƏBƏRLƏR

Yol polisindən sürücülərə müraciət

Tarix: 09-11-2026 13:40     Baxış: 324 A- / A+


Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da, müşahidə olunur.
Manevr.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, əsasən toqquşma, aşma, maneə vurma növündə qeydə alınan bu qəzaların səbəbləri içərisində gedəcəyi yola nabələd olan, eləcə də mürəkkəb relyefə malik ərazilərdə sürmə vərdişləri təkmilləşməmiş sürücülərin öncədən təhlükəsizlik tədbirləri görməməsi, avtomobilin yorğun, yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şərtlərinin, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitinin nəzərə alınmaması, nasaz nəqliyyat vasitələrinin istismarı kimi hallar üstünlük təşkil edir:
"Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadəyə üstünlük verilsə də, həmin nəqliyyat vasitələrinin texniki vəziyyətinin, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsinin nəzərə alınmaması da, sonradan ciddi fəsadlara yol açır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün həmvətənlərimizi təbrik edir, böyük qürur hissi ilə qeyd etdiyimiz bayram günlərinin təhlükəsiz, şən və firavan keçməsi üçün bütün yol hərəkəti iştirakçılarını qaydalara, verilən tövsiyələrə əməl etməyə çağırır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar