Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

8 və 9: Təkcə rəqəm qonşuları deyil, həm də ruhları yaxındı...

Tarix: 07-11-2026 16:12     Baxış: 3141 A- / A+

Bu günlərdə Azərbaycan xalqı iki əlamətdar bayramını - 8 Noyabr Zəfər Gününü və 9 Noyabr Bayraq Gününü qeyd edir. Bu əlamətdar günlərin təkcə vaxt baxımından deyil, həm də bir-biri ilə mənəvi bağlılığı da var. Bayraq o yerdə ucalır ki, ora sənindi, sənin ərazin, sənin ocağın, sənin yerindir. 

Bu baxımdan 8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Günü bir-birinə sıx bağlı olan bayram günləridi, bir xalqın sevincinin, varlığının, iftixarının ifadəsidi.

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən savaşında Azərbaycan inamlı qələbə qazanaraq düşmənin ordusunu darmadağın etdi, üçrəngli bayrağını 30 ilə yaxın erməni işğalında qalan yurd yerlərimizə taxdı. İndi Azərbaycan bayrağı azad edilən ərazilərimizin ən uca yerlərində dalğalanır.

Böyük Türk şairi Mithat Cemal Kuntay demişkən:

Bayraqları bayraq yapan üstündəki qandır,

 Torpaq uğrunda ölən varsa Vətəndir.

Azərbaycan xalqının birliyi, ordumuzun, igidlərimizin şücaəti nəticəsində bir qarış torpağımız belə düşməndə qalmadı, necə deyərlər, torpaq uğrunda öldük də, öldürdük də. İndi bütün müqəddəs yurd yerlərimizdə şəninə şeirlər qoşulan, dastanlar yazılan, uğrunda canından keçdiyimiz, hər il 9 noyabrda bayram kimi qeyd etdiyimiz, babalarımızdan bizə miras qalan bayrağımız ucalır.

Bu ucalıq xalq olaraq həm də bizim qəlbimizdə, ürəyimizdədi. Qalib xalqın bayrağı həm də ürəklərdə, könüllərdə dalğalanır. Var olmağımız, bir millət kimi özümüzü təsdiq etməyimiz üçün həm də müqəddəs bayrağı layiq olduğu ucalıqda saxlamalıyıq. Deməli, torpağını qoruya, ərazi bütövlüyünü saxlaya bilirsənsə, bayrağın da dəyərlidir, torpağın da, millətin də... Bu gün bu iki əlamətdar günü qalib xalq olaraq çox qürur və iftixar hissi ilə qeyd edirik. Bir millət olaraq bütün varlığımız üçrəngli bayrağımızın rənglərində də əks edilib, simvolizə olunub.

Bu gün Azərbaycan müstəqil, bağımsız bir yurd olaraq inkişaf edir, öz torpağına, sərvətinə sahibdi. Güclü ordusu, güclü dövləti, öz ölkəsini sevən xalqı var.

Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi sayğıyla anırıq, qazi və veteranlarımıza can sağlığı diləyirik.

Var olsun azad, suveren Azərbaycan, doğma məmləkətimiz!


Namiq Dəlidağlı
Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar