Sizin Reklam Burada
Xəbər lenti
05-11-2026
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

FHN və SOCAR arasında əməkdaşlıq müzakirə edildi

Tarix: 05-11-2026 14:34     Baxış: 321 A- / A+
FHN və SOCAR arasında əməkdaşlıq müzakirə edildi

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rəhbər heyəti arasında görüş keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Agentliyin rəisi İsmayıl Nəsirov və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Məmməd Bağır-zadə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru İlqar Əlizadə, eləcə də aidiyyəti qurumların rəhbər heyəti və nümayəndələri iştirak ediblər.
Görüş zamanı təhlükə potensiallı obyektlərdə sənaye təhlükəsizliyinin təmin edilməsi, həmin obyektlərdə istismar olunan qurğu və avadanlıqların təhlükəsiz istismarına nəzarətin gücləndirilməsi, bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində qonaqlar İnstitutun fəaliyyəti, peşəkar mütəxəssis heyətinin iş təcrübəsi və beynəlxalq standartlara cavab verən maddi-texniki bazası ilə tanış olublar. İnstitutun əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində fəaliyyəti yüksək qiymətləndirilib.
Görüşün yekununda tərəflər arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, aktual məsələlərin operativ müzakirəsi və həlli, eləcə də birgə fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərara alınıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az
Medial
Medial
Medial


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar