Xəbər lenti
Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti ağacəkmə aksiyası təşkil olunub.
Manevr.az xəbər verir ki, Sumqayıt Bulvarı ərazisində baş tutan aksiyada Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Genişmiqyaslı aksiya çərçivəsində bulvar ərazisində 2250 ədəd zeytun ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların dibləri yumşaldılıb, suvarma və digər zəruri qulluq işləri həyata keçirilib.
Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümünə həsr olunan aksiya həm də özündə xüsusi rəmzi məna daşıyır. Əkilən hər bir ağac Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, doğma torpağa sevginin, sülhün və gələcəyə inamın ifadəsidir.
Bununla yanaşı, Sumqayıt Bulvarı ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası da keçirilib. Aksiya çərçivəsində vətəndaşlar plastik və şüşə tullantıları, eləcə də işlənmiş batareyaları təhvil verərək əvəzində müxtəlif ağac tingləri əldə ediblər. Tədbirin əsas məqsədi tullantıların çeşidlənməsi və təkrar emalının təşviqi, əhalinin ekoloji maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin artırılmasına ictimai dəstəyin gücləndirilməsi olub.
Qeyd edək ki, son illər Sumqayıt şəhərində ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi və şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə Xəzər dənizinin sahilboyu ərazisində salınmış Sumqayıt Bulvarının yaşıllaşdırılması, yeni ağac və dekorativ bitkilərin əkilməsi, mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilməsi daim diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına, sakinlərin istirahəti üçün daha əlverişli şəraitin yaradılmasına və Sumqayıtın müasir, yaşıl şəhər kimi inkişafına mühüm töhfə verir.







Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























