Xəbər lenti
Məzuniyyətin əvəz olunması qadağan edilir
Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir.Manevr.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla (xitam zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş və dəqiq təsbit olunur.
Layihə çərçivəsində sözügedən hüquqla bağlı digər sahəvi qanunlarda da müvafiq uyğunlaşdırma aparılacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































