Xəbər lenti
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı

Lənkəranda iki gün əvvəl ov etmək məqsədilə evdən çıxan 64 yaşlı kişinin meyiti aşkarlanıb.
Hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.
1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyev ov etmək məqsədilə iki gün əvvəl qamışlıq əraziyə gedib və geri qayıtmayıb. Yaxınlarının müraciətindən sonra onun axtarışlarına başlanılıb. Aparılan axtarış tədbirləri nəticəsində R.Əliyevin meyiti həmin ərazidə aşkar edilib.
Meyitə ilkin baxış zamanı onun baş nahiyəsində xəsarət izləri müəyyən olunub. Xəsarətin yıxılma nəticəsində, yoxsa kənar müdaxilə ilə yetirildiyi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınıb, restoran sahibi olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































