Sizin Reklam Burada
Xəbər lenti
02-11-2026
01-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Qızıl" adını əlindən alan dövr:uşaqlıq niyə uduzdu?

Tarix: 02-11-2026 17:07     Baxış: 333 A- / A+
Malika Rahmatullayeva
Gülüstan Dövlət Pedaqoji İnstitutu
Özbək dili və ədəbiyyatı ixtisası
1-ci kurs magistrantı 



Qızılın ən qiymətli, ən saf və paslanmayan metal olduğunu hamımız yaxşı bilirik. Bu barədə danışarkən belə bir sualın yaranması da təbiidir: Nə üçün insan ömrünün məhz tələbəlik illəri “qızıl dövr” adlandırılır? Əgər bu adlandırma insan həyatının ən məsum anları ilə bağlıdırsa, onda əsl “qızıl dövr” uşaqlıq illərimiz olmalı deyildimi? Əslində isə tələbəlik illərinin “qızıl dövr”lə müqayisə edilməsinin başqa bir səbəbi var.
Qədim zamanlardan cəmiyyət tarixində elm, incəsənət və mədəniyyətin ən yüksək inkişaf mərhələsinə çatdığı dövrlər “qızıl dövr”, “qızıl əsr” adlandırılmışdır. Əslində, tələbəlik illəri də insanın kamilləşmə yolunda ən mühüm, tarixdəki həmin dövrlər kimi “çiçəklənmə və yüksəliş” mərhələsidir. Cəmiyyət öz inkişafının zirvəsini “qızıl əsr” adlandırdığı kimi, insan da öz şəxsiyyətinin, düşüncəsinin və potensialının ən yüksək zirvəsini məhz tələbəlik illərində kəşf edir.

Qızılın daha bir xüsusiyyətinə diqqət yetirək: o, təbiətdə öz-özünə parlayaraq üzə çıxmır, sərt dağ süxurlarının içində, sanki yuxuya dalmış vəziyyətdə gizlənir. Onu üzə çıxarmaq üçün böyük təzyiqə və yüksək temperaturda istiliyə ehtiyac var. İnsan potensialı da eynilə xam qızıl kimidir. Universitetin həmin azadlıq və odla dolu mühitinə düşməyincə insan öz daxilindəki gizli qabiliyyətləri üzə çıxara və özünü kəşf edə bilmir. Bu dövr xarakterin yenidən formalaşdığı bir mərhələdir.

Bəs niyə? Çünki bu dövr sadəcə sinif otaqlarından auditoriyalara keçiddən ibarət deyil. Bu, insan beyninin ən açıq olduğu, bilikləri səhranın yağışı canına çəkməsi kimi sürətlə mənimsədiyi və dünyagörüşünün təməlinin qoyulduğu bir mərhələdir. Lakin səhraya yağan yağış əbədi davam etmir. Əgər yağış yağdığı anda torpaq qoynunu açıb suyu doyunca özünə çəkməsə, yağış kəsdikdən sonra yenə quru, qumlu səhra olaraq qalacaq. Tələbəlik də eynilə belədir –insan ömrünün ən qısa və bir daha geri qayıtmayan yağış mövsümüdür.
Elə buna görə də həyatımızın bu qızıl dövrünü sadəcə ekran qarşısında oturaraq, vaxtı mənasız yerə sərf etməklə keçirməməliyik. Sabah həyatın yandırıcı istisi və güzəran qayğıları başlayanda sizi yalnız məhz bu illərdə zehninizin səhrasına topladığınız, mənimsədiyiniz bilik ehtiyatları xilas edə bilər. Elə isə bu mövsümi yağışın hər bir damlasını – hər yeni mühazirəni, müzakirəni və kitabı dəyərləndirin. Onların quma hopub yox olmasına imkan verməyin.
Unutmayın ki, zaman hətta qızılın da dəyərini azalda bilər, lakin vaxtında əldə edilmiş bilik insanın ən qiymətli sərvətinə çevrilir. Bunu heç vaxt unutmayın!

Tərcümə edən və nəşrə hazırlayan: Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halime Hüdayberdiyeva Yaradıcılıq Məktəbinin müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
Filologiya elmləri üzrə fəlsəfə doktoru (PhD)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar