Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Şuşada kişi araq almağa pul verməyən arvadını döydü

Tarix: 31-10-2026 17:29     Baxış: 331 A- / A+
Şuşada arvadını döyən kişi həbs edilib.
Manevr.az lent.az-a istinadla xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib.
Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protokol tərtib olunub.
M.Əhmədov ifadəsində bildirib ki, araq almaq üçün arvadından pul istəyib. Əsmər buna etiraz edəndə isə aralarında mübahisə yaranıb. Bu zaman Məmməd yumruqla Əsmərin baş nahiyəsindən vurub. Onun sözlərinə görə, daha sonra Əsmər onu itələyərək otaqdan çıxarıb və qapını örtüb. Lakin Məmməd yenidən otağa daxil olmaq üçün qapını bərkdən itələyib. Qapı Əsmərin gicgah nahiyəsinə dəyib. Nəticədə qadın bir sıra xəsarətlər alıb.
Məmməd izahatında qeyd edib ki, hadisə zamanı spirtli içkinin təsiri altında olub, əməlindən peşmandır.
Zərərçəkmiş Əsmərin sözlərinə görə, əri Məmməd spirtli içki aludəçisi olduğuna görə dörd ay reabilitasiya mərkəzində müalicə alıb. O, hazırda şikayətçi olduğunu deyərək ərinin tutulmasını istəyib.
Məhkəmənin qərarı ilə M.Əhmədov bir ay müddətində inzibati qaydada həbs olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar