Sizin Reklam Burada
Xəbər lenti
30-10-2026
29-10-2026
BÜTÜN XƏBƏRLƏR

Aqil Abbasın Ağdamda ev davası: Spikerdən sərt reaksiya

Tarix: 30-10-2026 13:44     Baxış: 3138 A- / A+
Milli Məclisdə ev mübahisəsi: Aqil Abbasın iddialarına spikerdən sərt reaksiya gəldi
Azerbaijani MP suggests sending students to build Karabakh “voluntarily”
Milli Məclisin növbəti iclasında deputat Aqil Abbas məcburi köçkün statusuna və Ağdamda mənzil bölgüsü qaydalarına yenidən baxılmasını tələb edib.
 Manevr.az xəbər verir ki, deputat hazırda Ağdamda böyük şəhər salınsa da, qeydiyyat və status məsələlərinə görə minlərlə ağdamlının ev təminatından kənarda qaldığını bildirib.
Onun sözlərinə görə, başqa rayon sakini ilə ailə quran, yaxud iş səbəbindən qeydiyyatı dəyişən şəxslər köçkün statusunu itirirlər:
"Təxminən 10 min ağdamlının rəsmi qeydiyyatı yoxdur. Məsələn, atamın Ağdamda 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaş olaraq heç birimizə ev düşmür. Mən 1970-ci ildən Bakıda yaşadığıma görə məcburi köçkün statusum yoxdur. Niyə atamın mülkünün yerində tikilən evdən mənə verilməməlidir və gedib öz puluma ev almalıyam? Analoji vəziyyət digər həmkarlarımızda və mənə müraciət edən yüzlərlə sakində də mövcuddur."
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın iddiasına sərt reaksiya verərək, dövlət tərəfindən aparılan genişqiyaslı quruculuq işlərinə kölgə salındığını qeyd edib:
"Bu qədər böyük işlər görüldüyü halda niyə bunlara ləkə vurursunuz? Ağdama ağdamlılar köçməsə, bəs kim köçəcək? Başqa ölkədən adam gətirib məskunlaşdırırlar? Siz əvvəllər də bu məsələni qaldırmışdınız və onda da soruşmuşdum: ağdamlılara yer verilmir də, bəs kimə verilir?"
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar