Xəbər lenti
İşsizlikdən sığorta ödənişləri də artacaq - AÇIQLAMA
Manevr.az-ın xəbərinə görə, deputat Vüqar Bayramov modern.az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının artacağı təqdirdə, işsizlikdən sığorta ödənişinin məbləğində də dəyişiklik ola bilər. Onun sözlərinə görə, gələn il minimum əməkhaqqının artırılması nəticəsində təxminən 700 min vətəndaşın maaşında artım gözlənilir.
Deputat qeyd edib ki, işsizlikdən sığorta ödənişi sosial müavinətlər kimi hamı üçün eyni, sabit məbləğ deyil. Ödəniş şəxsin əmək fəaliyyəti və əməkhaqqı göstəriciləri nəzərə alınmaqla hesablanır. Sosial müavinətlərin məbləği isə müvafiq qərarlarla müəyyən edilir.
Hazırda minimum işsizlikdən sığorta ödənişi minimum aylıq əməkhaqqına bərabərdir və 400 manat təşkil edir. Əsas sığorta ödənişi şəxsin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi əsasında hesablanır, lakin minimum məbləğdən az və əvvəlki il üzrə ölkədəki orta aylıq əməkhaqqından çox ola bilməz. Ödəniş almaq hüququ işdən çıxarılma səbəbindən və sığorta stajından asılıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il martın 1-nə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 460,9 manat olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































