Sizin Reklam Burada
Xəbər lenti
20-11-2026
19-11-2026
BÜTÜN XƏBƏRLƏR

9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq

Tarix: 20-11-2026 21:30     Baxış: 333 A- / A+
9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq
Azərbaycanda 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur.

Bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, gələcəkdə 9-cu sinif bazasından qəbulun yalnız peşə təhsili müəssisələrində aparılması planlaşdırılır. Kolleclərin isə 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi və onlarla birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Şöbə müdiri bildirib ki, kolleclərdə tədris olunan bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisi imkanları da nəzərdən keçirilib. Kolleclərlə peşə təhsili müəssisələrində təkrarlanan ixtisasların aradan qaldırılması istiqamətində addımlar atılıb. Bu sahədə dəyişikliklərin 2027–2030-cu illərdə edilməsi gözlənilir. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar