Sizin Reklam Burada
Xəbər lenti
18-11-2026
17-11-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi

Tarix: 19-11-2026 09:00     Baxış: 330 A- / A+
Keçmiş həyat yoldaşının sifarişli qətlini hazırlamaqda ittiham olunan, Qardabani Bələdiyyə Məclisi sədrinin sabiq müavini və müxalif siyasətçi Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Mzia Qarsaulişvili qəbul edib.

Bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Prokurorluq onun həbs edilməsini, müdafiə tərəfi isə 50 min lari girov müqabilində azadlığa buraxılmasını istəyib. Hakim isə Orucov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Rəfi Orucova Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə 20 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən edir.

İttiham tərəfinin məlumatına görə, Rəfi Orucov boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində muzdlu qatil tapmağı tapşırıb.

İttihama əsasən, Orucov qətlin onların üç azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini istəyib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar