Xəbər lenti
Azərbaycanda 349 min nəfər sosial yardım alır
2026-cı il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.Manevr.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Məlumata görə, ünvanlı dövlət sosial yardımının bir nəfərə düşən orta aylıq məbləği 99 manat təşkil edib.
Bununla yanaşı, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.
2026-cı ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə birdəfəlik müavinətlər verilib.
Eyni zamanda, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə isə birdəfəlik müavinət ödənilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































