Sizin Reklam Burada
Xəbər lenti
17-11-2026
16-11-2026
BÜTÜN XƏBƏRLƏR

Kənd təsərrüfatı ilə bağlı yeni layihə hazırlanır

Tarix: 17-11-2026 20:34     Baxış: 321 A- / A+


Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin hazırlanması ilə bağlı planları müzakirə ediblər.
Manevr.az xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
Dünya Bankının Vaşinqtondakı mənzil-qərargahında keçirilən görüşdə Azərbaycanla bank arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hazırlanmaqda olan "Dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatının inkişafı və suvarma sistemlərinin təkmilləşdirilməsi" layihəsinin hazırlanması və gələcək icrası ilə bağlı məsələlər müzakirə olunub.
M. Məmmədov kənd təsərrüfatının inkişafının Azərbaycan hökumətinin strateji prioritetlərindən biri olduğunu bildirib. O, Dünya Bankı ilə əvvəlki layihələr çərçivəsində qurulmuş uğurlu əməkdaşlığı xatırladaraq, Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində birgə fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Nazirin sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi daha az resursdan istifadə etməklə kənd təsərrüfatında məhsuldarlığı artırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək, elmi tədqiqat və təhsil imkanlarını inkişaf etdirməkdir.
M.Məmmədov xüsusilə su ehtiyatlarından səmərəli istifadənin vacibliyinə diqqət çəkib. O bildirib ki, hazırda Azərbaycanda 1,5 milyon hektar suvarılan torpaq sahəsinin 130 min hektarında müasir suvarma sistemləri tətbiq olunur. Yeni Dövlət Proqramı çərçivəsində bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur.
Görüşdə fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, torpaqların konsolidasiyası və kənd təsərrüfatında rentabelliyin artırılması məsələləri də müzakirə edilib. Nazir kiçik və orta fermer təsərrüfatlarının maliyyələşdirilməsində mövcud çətinliklərə diqqət çəkərək, yeni kredit mexanizmlərinin yaradılmasının və dövlət dəstəyi alətlərinin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
A. Bassani Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində müəyyənləşdirdiyi prioritetlərin bankın strateji hədəfləri ilə uzlaşdığını bildirib. O, xüsusilə suvarma infrastrukturunun modernləşdirilməsi, fermerlərin bazarlara və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə edib.
A. Bassani Dünya Bankının "AgriConnect" təşəbbüsünə də toxunaraq, kənd təsərrüfatının iqtisadi artımın sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin hazırlanmaqda olan layihə üzrə işlərin sürətləndirilməsinin və nəzərdə tutulan nəticələrin fermerlərə daha qısa müddətdə çatdırılmasının vacibliyini qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar