Xəbər lenti
"İndi pensiyaya necə çıxım?!” - Stajlı müəllimlər ixtisara düşdü - VİDEO
Manevr.az Baku TV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, kollecdə 16 nəfər işdən çıxarılıb. Onların arasında şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin də olduğu bildirilir.
Müəllimlərdən biri 1985-ci ildən kollecdə fortepiano dərsi dediyini söyləyib:
“41 il stajım var. Şəhid qızıyam, üçüncü qrup əlilliyim var. Himayəmdə azyaşlı uşaq var. Pensiyaya çıxmağıma dörd il qalıb”.
Şikayətçilər kollecdə orta ixtisas təhsilli digər müəllimlərin işləməyə davam etdiyini əsas gətirərək ixtisarın hansı meyarlarla aparıldığını soruşublar. Onlar aidiyyəti qurumlara müraciətlərinin hələlik nəticəsiz qaldığını bildiriblər.
Kollecin direktoru Mehriban Qasımova isə ixtisara düşən şəxslərin orta ixtisas təhsilli fortepiano və musiqi nəzəriyyəsi müəllimləri olduğunu deyib. O, xanəndəlik və qarmon üzrə iki orta ixtisas təhsilli müəllimin yarımştat saxlanıldığını, onlara başqa iş tapmaq və ya ali təhsil almaq barədə xəbərdarlıq edildiyini bildirib.
Direktor yeni işə götürülən üç müəllimin isə xanəndəlik üzrə çalışdığını, şikayətçilərin tədris etdiyi fənlərə aid olmadığını vurğulayıb.
M.Qasımova həyat yoldaşını işə götürməsi barədə iddianı da təsdiqləyib. Onun sözlərinə görə, həyat yoldaşı müəllim deyil, texniki işçi kimi işə qəbul olunub:
“Bizim komendantımızın 65-dən çox yaşı var idi. Bu, təsərrüfat işidir. Ola bilər, bu da mənim səhvim, nöqsanım olsun. Hər kəs öz səhvini, nöqsanını boynuna almalıdır”.
Elm və Təhsil Nazirliyindən Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, musiqi nəzəriyyəsi ixtisasının orta ixtisas təhsili üzrə ixtisasların təsnifatından çıxarılması və musiqi ixtisaslarına qəbulun azalması nəticəsində 2026–2027-ci tədris ilində kollecdə dərs saatları kəskin azalıb. Buna görə bir sıra müəllimləri dərs yükü ilə təmin etmək mümkün olmayıb.
Nazirliyin açıqlamasına əsasən, həmin müəllimlərə kollecin 28 sentyabr 2026-cı il tarixli əmri ilə sentyabr ayı üçün aylıq vəzifə maaşlarının üçdə ikisi məbləğində ödəniş edilib.
Qurum həmçinin qeyd edib ki, orta ixtisas təhsili müəssisələrində müəllimlərin müvafiq ixtisas üzrə ali təhsili olmalıdır. Müraciət edən müəllimlər isə pedaqoji fəaliyyət göstərdikləri sahə üzrə yalnız orta ixtisas təhsilinə malikdirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































