Xəbər lenti
Azal İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları dayandırır
Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.Manevr.az-ın xəbərinə görə, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
Məlumata görə, bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur.
“Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, sosial şəbəkələrdə AZAL-ın yeni ildən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşları dayandıracağı barədə məlumatlar yayılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































