Sizin Reklam Burada
Xəbər lenti
17-11-2026
16-11-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Tarix: 17-11-2026 15:19     Baxış: 319 A- / A+
Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək
Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.
Manevr.az xəbər verir ki, bu barədə modern.az-a Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.
Komitə sədri bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi nəzərdə tutulur.
Dəyişikliklər sözügedən Qanunun 21-ci maddəsini əhatə edir.
Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114 və 135-ci maddələrinə uşağa qulluqla bağlı dəyişikliklər təklif olunur.
"Eyni zamanda, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 87 və 88-ci maddələrinə, eləcə də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə dəyişikliklər nəzərdə tutulur.
Təklif olunan yeniliklər hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, xidmət şəraiti ilə əlaqədar yaranan məşğulluq problemlərinin yumşaldılmasına və müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsinə yönəlib" - A. Nağıyev bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar