Xəbər lenti
Ermənistanda saxlanılan hərbçimizin məhkəməsi başlayır
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib.Ermənistan mediası bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İşə Sünik məhkəməsində baxılacaq.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan vətəndaşı və hərbçi Nəsimi Musayev Sünik vilayətinin Sisian icmasının Şaki kəndində, 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz olaraq daxil olub və aşkar edildikdən sonra atəş açıb.
Nəticədə 39 yaşlı Ani Avetisyan yaralanıb.
Daha sonra Azərbaycan vətəndaşı qaçıb. Görülən tədbirlər nəticəsində Musayev saxlanılıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi ilə cinayət işi başlanıb və Musayev iki ay müddətinə həbs edilib.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 2026-cı il sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri zəruri axtarış tədbirləri keçirib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































