Sizin Reklam Burada
Xəbər lenti
17-11-2026
16-11-2026
BÜTÜN XƏBƏRLƏR

72 yaşlı sakin 11 ildir Gözlüquyu kəndində tək yaşayır - Şəkil

Tarix: 16-11-2026 23:05     Baxış: 312 A- / A+
Türkiyənin Aksaray vilayətində 72 yaşlı Selami Salman 11 ildir tərk edilmiş kənddə tək yaşayır.

Gözlüquyu kəndində vaxtilə 180 ailə məskunlaşıb. Lakin su mənbələrinin quruması və kəndin yüksəklikdə yerləşməsi səbəbindən sakinlər 11 il əvvəl başqa yaşayış məntəqəsinə köçüblər. Məlumata görə, dövlətin dəstəyi ilə həyata keçirilən köç zamanı Salman maddi imkansızlıq səbəbindən kəndi tərk edə bilməyib.

Yeddi uşaq atası olan 72 yaşlı kişi ikiotaqlı evində tək yaşayır. O, 14 il əvvəl həyat yoldaşını da itirib. Salman bütün gündəlik ehtiyaclarını özü qarşılayır. Kənddə yaşamaqdan narazı olmadığını bildirən yaşlı kişi burada özünü daha rahat hiss etdiyini deyib.

Onun sözlərinə görə, övladları, dostları və yaxınları vaxtaşırı kəndə gəlirlər, lakin onlar gedəndən sonra yenidən tək qalır. Salman gündəlik ehtiyaclarını qarşılamaq üçün hava şəraiti əlverişli olduqda motosikletlə Taşpınar, Karkın və Aksaray kimi ərazilərə gedir. Elektrik və su təminatının olduğunu bildirən Salman, su probleminin illər əvvəl vilayət rəhbərliyi tərəfindən həll edildiyini qeyd edib. milliyyət.az

Manevr.az 

72 yaşlı sakin 11 ildir Gözlüquyu kəndində tək yaşayır — foto 1

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar