Xəbər lenti
Azərbaycanda narkotik şəbəkəsinə qarşı əməliyyat - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında keçirilən tədbirlərlə Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar. Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































