Xəbər lenti
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Manevr.az xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin BMT-nin Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktuba əlavə edilmiş Bəyannamə A/81/462–S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə və Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb.
Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrin yaxınları barədə məlumat almaq hüququnun təmin edilməsi, fərdi və kütləvi dəfn yerlərinə dair məlumatların mübadiləsi, insan qalıqlarının təhlükəsiz və elmi əsaslarla aşkar edilməsi, identifikasiyası və qaytarılması, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm müddəalar yer alıb.
Sənəddə dövlətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin, müasir məhkəmə-ekspertiza metodlarının və yeni texnologiyaların tətbiqinin genişləndirilməsi təşviq edilir. Xüsusilə, BMT və digər beynəlxalq təşkilatlar silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin həllinə yönəlmiş xüsusi beynəlxalq mexanizmin yaradılmasına dəstək göstərməyə çağırılır.
Bəyannamədə Bakı Dialoqunun beynəlxalq təcrübə mübadiləsi, etimadın möhkəmləndirilməsi və ailələrin yaxınlarının taleyi barədə cavab almasına yönəlmiş praktiki əməkdaşlıq üçün getdikcə daha əhəmiyyətli platformaya çevrildiyi vurğulanır. Həmçinin Konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsinə imkan yaradılmasına görə Azərbaycan Respublikasının Dövlət Komissiyasına minnətdarlıq ifadə olunur.
Bəyannamənin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması Azərbaycanın itkin düşmüş şəxslər probleminin beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanılması və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərinin davamı baxımından mühüm əhəmiyyət daşıyır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































