Xəbər lenti
Azərbaycanda ağır qəzada həlak olanların sayı artdı: Ölənlər arasında azyaşlılar da var - Şəkil
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Məlumata görə, bu gün saat 19:30-da Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi, 99-RU-835 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi, 10-NB-330 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki sürücü və "Tofaş" markalı avtomobilin iki azyaşlı sərnişini həyatını itirib. Həmin avtomobildə olan qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































