Xəbər lenti
Sabir Rüstəmxanlı Portreti - Cavid Fərzəli
SƏHƏNG
Sən bir səhəng dilisən.
Ümidin bulaq gözüdür,
Bir səhər ləpirləri daşıyar arzularını.
Küçələrə dil-ağız verir bu səhəng buludlar,
Yağış yağanda daşlar ayağını xatırlayar.
Quşlar dilini tapdığı gün uçmağı öyrəndi,
Səninsə hələ də qanadların göy üzünə möhtacdır.
Gildən ev tikdin sulara,
Adını səhəng qoydun.
Daşa dil verməkdir əllərini danışdırmaq,
Mürəkkəbin yaddaşını barmaqlarına köçürmək...
Ovucları acından ölən bir ananın
Harayıdır çörək sözü.
Dili quruyur çiçəklərin,
Bir bahar küləyi səndən küsəndə.
Divarlardan baxan təklik
Unutduqlarını axtarır,
Köhnə şəkillərdə qalan üzlər kimi.
Qoy danışmasın ürəyinə daş bağlayan rəsmlər,
Susqunluğunda hər ömrün dağılmış külü qalxır ayağa.
Onsuz da şam işığı çürüyüb həsrətdən,
Hər zülmət bir çıraq bağlayır gözünə.
Səhraya su gətirsə, balıqlar gətirəcək,
Gecəyə dözüm gətirən yarasalar kimi.
Bel bağlama bu səhəng gecəyə,
Bir xatirə qırığıdır bu səhəng səhərlər.
İki üzlü gümüşü güzgülərdə.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































