Sizin Reklam Burada
Xəbər lenti
28-10-2026
BÜTÜN XƏBƏRLƏR

Taleh Kazımov: Daha güclü bankların yaranmasına xidmət edən birləşmələri dəstəkləyirik

Tarix: 29-10-2026 13:04     Baxış: 438 A- / A+


Taleh Kazımov: Daha güclü bankların yaranmasına xidmət edən birləşmələri dəstəkləyirik
Azərbaycan Mərkəzi Bankı (AMB) daha güclü maliyyə institutlarının formalaşmasına xidmət edən bank birləşmələrini və satınalmaları dəstəkləyir.
Manevr.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bank sektorunda konsolidasiya daha iri və güclü iştirakçıların yaranmasına, bununla da rəqabətin artmasına şərait yarada bilər.
AMB sədri vurğulayıb ki, konsolidasiyanın nəticəsi əsasdır. İki problemli bankın birləşdirilməsi problemləri böyüdə bilər. Bankların birləşməsi daha güclü maliyyə institutunun yaranması ilə nəticələnirsə, Mərkəzi Bank belə prosesi dəstəkləyir.
Taleh Kazımov qeyd edib ki, informasiya texnologiyaları və rəqəmsallaşma üçün tələb olunan investisiyalar kiçik bankların rəqabət aparmasını çətinləşdirir. Bu baxımdan birləşmə və ya satınalma onların daha səmərəli fəaliyyət göstərməsi üçün çıxış yolu ola bilər.
AMB sədri hazırda əlavə konkret konsolidasiya planı barədə məlumat olmadığını, yeni proseslər baş verərsə, ictimaiyyətə açıqlanacağını bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar