Xəbər lenti
Bu tarixdən bütün köhnə avtobuslar yenilənəcək

Azərbaycanda 2027-ci ildə bütün köhnə avtobuslar yeniləri ilə əvəzlənəcək.
Manevr.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, bu gün Bakı şəhərində artıq 2 600-ə yaxın avtobus hərəkətdədir:
"Son 3 il müddətində avtobusların sayı 1 700-dən 2 600-ə qədər, yəni 900 ədəd artırılıb. Bu artan nəqliyyat vasitələrinin hər biri ekoloji təmiz nəqliyyat vasitələridir. Söhbət CNG və elektriklə işləyən avtobuslardan gedir. Növbəti illərdə bu keçid prosesinin tamamilə başa çatdırılması hədəf kimi qoyulub. Bu ilin sonuna gözləntimiz odur ki, dövriyyədə təqribən 500-ə yaxın belə avtobus olacaq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































