Sizin Reklam Burada
Xəbər lenti
26-10-2026
BÜTÜN XƏBƏRLƏR

Mbappe bu zarafatına görə sponsorlarını itirdi

Tarix: 27-10-2026 13:31     Baxış: 340 A- / A+
Mbappe bu zarafatına görə sponsorlarını itirdiÇinin içki istehsalçısı “Dongpeng” və süd məhsulları istehsalçısı “Mengniu Dairy” Fransanın futbol ulduzu, Madrid “Real”ının hücumçusu Kilian Mbappe ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar.
Manevr.az xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.
Məlumata görə, qərara futbolçunun uğursuz zarafatı səbəb olub. Telekanalın ehtimalına əsasən, Mbappenin zarafatı Çinin keçmiş lideri Mao Tszedunla bağlı olub. Hər iki şirkət futbolçunun açıqlamasını Çin xalqının milli hisslərinə qarşı təhqir kimi qiymətləndirib.
“Dongpeng” şirkəti yaydığı bəyanatda milli hissləri təhqir edən istənilən davranışa qarşı sıfır tolerantlıq siyasəti yürütdüyünü bildirib. Şirkət Mbappe ilə bütün əməkdaşlığın dərhal dayandırıldığını açıqlayıb.
“Mengniu Dairy” də futbolçunun sözlərini pisləyərək Çin xalqının hisslərini təhqir edən hər hansı ifadə və hərəkəti qəbuledilməz hesab etdiyini vurğulayıb. Şirkət Mbappe ilə bütün kommersiya əlaqələrinə son qoyduğunu bəyan edib.
Bununla belə, futbolçunun konkret hansı ifadəni işlətdiyi və zarafatın məzmunu barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, 2024-cü ildə Madrid “Real”ına transfer olunan Kilian Mbappe Asiya bazarında dəfələrlə böyük reklam kampaniyalarının siması olub. “Forbes”in məlumatına görə, futbolçunun kommersiya müqavilələrindən illik gəliri 30 milyon avronu ötür.
Çin bazarı Avropanın tanınmış futbolçuları və klubları üçün əsas kommersiya istiqamətlərindən biri hesab olunur. Ölkənin iri şirkətləri dünya idman ulduzları ilə mütəmadi olaraq sponsorluq müqavilələri imzalayırlar.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar