Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

15 Sentyabr – Bilik Günü: Birincilərin böyük addımı – FOTOLAR

Tarix: 15-09-2026 20:17     Baxış: 139 A- / A+

Bu gün ölkəmizin hər yerində olduğu kimi, təhsil ocaqlarımızda da xüsusi bir təntənə və sevinc yaşanır. 15 Sentyabr – Bilik Günü münasibətilə minlərlə balaca fidanımız həyatlarının ən məsuliyyətli, maraqlı və unudulmaz mərhələsinə qədəm qoyur.

İlk dəfə məktəb partası arxasında əyləşən, əllərində tər çiçəklər, gözlərində isə tükənməz öyrənmək həvəsi olan birinci sinif şagirdləri üçün bu gün elmin və biliyin işıqlı dünyasına açılan qapıdır.

Hər bir uşağın ilk zənglə başlayan bu təhsil səyahəti gələcəyimizin bünövrəsidir. Məktəbli formasını böyük qürurla daşıyan balaca fidanlarımız təkcə oxuyub-yazmağı öyrənməyəcək, həm də Vətənimizə, cəmiyyətimizə faydalı birər şəxsiyyət kimi yetişəcəklər. Onların kövrək çiyinlərində daşıdıqları məktəbli çantaları əslində böyük arzuların və parlaq hədəflərin daşıyıcısıdır.

Manevr.az olaraq, məktəbli adını ilk dəfə qazanan bütün birincilərimizi, onları böyüdən valideynləri və fədakar müəllimləri ürəkdən təbrik edirik. Qoy bu ilk addım balalarımıza həmişə uğur və parlaq gələcək gətirsin!

Bilik Gününüz mübarək, əziz birincilər!


Sevda Sabirli
Manevr.az

15 Sentyabr – Bilik Günündən fotoreportajı təqdim edirik:







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar