Sizin Reklam Burada
Xəbər lenti
23-11-2026
21-11-2026
BÜTÜN XƏBƏRLƏR

Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşdü

Tarix: 23-11-2026 18:51     Baxış: 321 A- / A+
Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşdü
Noyabrın 23-də Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Ümumrusiya Patriarxı Kiril arasında görüş keçirilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ümumrusiya Partiarxına ad günü münasibətilə ünvanladıqları təbrik məktubunu təqdim edib. Patriarx Kiril də öz növbəsində Azərbaycan nümayəndə heyətindən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.
Moskva və Ümumrusiya Patriarxı Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə uzun illərdən bəri mövcud olan xoş münasibətlərin, qarşılıqlı şəxsi əlaqələrin Azərbaycan-Rusiya münasibətlərindəki əhəmiyyətini qeyd edib.
QMİ sədri Allahşükür Paşazadə işğal dövründə dağıdılış məscidlərin hazırda Qarabağda bərpa olunduğunu, bütün dinlərdən olan insanların birgə yaşayışı üçün imkanlar yaradıldığını, Azərbaycanda erməni kilsəsinin qorunub saxlanıldığını xatırladıb.
O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və prosesin iki ölkə arasında inkişaf etdirilməsinə baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı revanşit nifrət çağırışlardan əl çəkmədiyini diqqətə çatdırıb.
Həmçinin bu ilin oktyabr ayında Bakıda keçirilmiş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verən şeyxülislam Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın tolerantlıq ənənələrinə daim hörmət və xüsusi qayğı ilə yanaşdıqlarını bir daha vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri, eyni zamanda, 2027-ci ilin iyun ayında Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində dinlərarası konfransın da təşkil ediləcəyini bildirib.
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında əlaqələndirmə şurasının yaradıldığı və bu prosesdə Rus-Pravoslar Kilsəsinin fəal rol oynadığı da diqqətə çatdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar