Sizin Reklam Burada
Xəbər lenti
21-11-2026
BÜTÜN XƏBƏRLƏR

Təhsil naziri imtahanda köçürmə qalmaqalına görə istefa verdi

Tarix: 23-11-2026 08:58     Baxış: 329 A- / A+
Təhsil naziri imtahanda köçürmə qalmaqalına görə istefa verdi

Cənubi Koreyanın təhsil naziri Çxve Ge Çjin universitetlərə qəbul imtahanları ərəfəsində süni intellektdən istifadə etməklə köçürmə qalmaqalının baş verməsindən sonra istefa verib.

Qalmaqal milli vergi uçotu imtahanında ən yüksək nəticəni göstərən şəxsin gizli kamera və smartfondan istifadə edərək az qala maksimum bal topladığını etiraf etməsindən sonra başlayıb.

Hadisədən sonra hakimiyyət imtahanlarda təhlükəsizlik tədbirlərini gücləndirib. İmtahan keçirilən ərazilərdə ictimai Wi-Fi şəbəkəsi bloklanıb, namizədlərin telefonları, ağıllı saatları və digər elektron cihazları yoxlanılıb. Hətta geyimlərdə gizlədilmiş kameraların aşkarlanması üçün xüsusi yoxlamalar aparılıb.

Təhsil naziri ictimaiyyəti sakitləşdirə bilmədiyi və hökumətin tədbirləri gecikdiyi üçün tənqid olunub.

"İmtahan ciddi insident olmadan başa çatdı. Lakin məsul nazir kimi əvvəlcədən lazımi hazırlığı təmin edə bilmədiyimizə görə tənqiddən kənarda qala bilmərəm. Bütün məsuliyyəti öz üzərimə götürərək istefa verirəm”, – Çxve Ge Çjin X sosial şəbəkəsində yazıb.

Cənubi Koreya Prezidenti Li Çje Men onun istefasını qəbul edib.

Rəsmi məlumatlara görə, noyabrın 20-də keçirilən imtahan zamanı elektron cihazlardan istifadə ilə bağlı 111 qayda pozuntusu aşkarlanıb. Onların təxminən yarısı təcili xəbərdarlıq sisteminin köməyi ilə müəyyən edilib. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar