Xəbər lenti
Qoşulub qaçan cütlük ot tayasından tapıldı

Manevr.az oxu.az-a istinadla xəbər verir ki, onların kənd ərazisində gizləndikləri yer müəyyən edilib.
Gənc oğlan və yeniyetmə qız polis tərəfindən aşkarlanaraq ailələrinə təhvil veriliblər.
Məlumata görə, Cavad kənd sakini olan 17 yaşlı oğlan 2011-ci il təvəllüdlü qızla sosial şəbəkədə tanış olublar. Bir müddət yazışandan sonra ailə qurmaq qərarına gəliblər. Bu məqsədlə oğlan digər kənddə yaşayan 15 yaşlı qızı qaçırıb, amma öz evlərinə gətirməyib.
Onlar kənd ərazisindəki sahibi Rusiyada yaşayan boş evə gələrək orada gizlənmək istəyiblər. Lakin evin qapısı bağlı olduğundan içəri girə bilməyiblər. Çarəsiz qalan cütlük həyətdəki köhnə ot tayasında özlərinə yer edib, orada gizləniblər.
Dünən axşam saatlarında polis əməkdaşlarının keçirdikləri əməliyyatla qız və oğlan ot tayasında aşkarlanıblar. Onlarla profilaktik söhbət aparılıb və ailələrinə təhvil veriliblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























