Sizin Reklam Burada
Xəbər lenti
23-11-2026
BÜTÜN XƏBƏRLƏR

İnterpol bu iki azərbaycanlı qadını AXTARIR

Tarix: 23-11-2026 23:14     Baxış: 320 A- / A+
Bu günə qədər müxtəlif cinayətlərdə ittiham olunan 36 Azərbaycan vətəndaşı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Onların arasında iki qadın da var. Qadınlardan biri insan alverində, digəri isə terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunur.

Beynəlxalq axtarışda olan azərbaycanlıların ən gəncinin 34, ən yaşlısının isə 64 yaşı var.

Axtarışa verilən qadınlardan biri 38 yaşlı Ruhəngiz Orucovadır. Azərbaycanda anadan olan qadın insan alveri ittihamı ilə ölkəmiz tərəfindən axtarışa verilib. O, insan alveri qurbanını Azərbaycan sərhədindən təkrar keçirməyə cəhddə ittiham olunur.

İnterpol xətti ilə axtarılan digər qadın isə 45 yaşlı Gövhər Ağaverdiyevadır. Azərbaycanda anadan olan qadının həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.

Gövhər Ağaverdiyeva iki maddə üzrə ittiham olunur. Bunlar terror təşkilatının fəaliyyətində iştirak etmək, eləcə də xarici dövlətin ərazisində həmin ölkənin federal qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində, dövlətin maraqlarına zidd məqsədlərlə iştirak etməkdir. musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar