Xəbər lenti
Şahlar Əsgərov: "Himayədarlıq kadr potensialına güclü zərbə vurur"
"İnkişaf etməkdə olan ölkələrdə baş verən qüsurların görünməz səbəblərindən biri himayədarlıqdır. Elmimiz, təhsilimiz, mədəniyyətimiz, incəsənətimiz, təbabətimiz, idmanımız bu xəstəlikdən əziyyət çəkir."Manevr.az xəbər verir ki, bu fikirləri professor Şahlar Əsgərov sosial şəbəkə hesabında paylaşıb. O, himayədarlığın fəsadlarına toxunaraq qeyd edib:
"Elm sahəsində akademikin övladı akademik doğulmadığı kimi, şöhrətli idmançının oğlu da idmançı doğulmur. Akademikin oğlunu zorən akademik, idmançı oğlunu zorən idmançı etmək istəyini ancaq himayədarlıq mümkün edir. Bu qüsurlara qalib gəlmək üçün himayədarlıqdan imtina etmək lazımdır. Himayədarlıqla mübarizə ali məktəblərdə təyinatdan keçir.
Himayədarlıq bir tərəfdən tanışlıq, bir tərəfdən rüşvət və digər səbəblərdən baş verir. Bu xəstəlik ölkənin kadr potensialına güclü zərbə vurur, onu geri dartır. Nəticədə dövlətin saxladığı məmur ordusunun səviyyəsi aşağı düşür və gündəlik həyatda həlli vacib çoxlu problemlər yaradır."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































