Sizin Reklam Burada
Xəbər lenti
24-11-2026
23-11-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTO

Tarix: 24-11-2026 11:54     Baxış: 339 A- / A+

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Manevr.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd etdi.
Dövlətimizin başçısı gələn il Monteneqro Prezidentinin ölkəmizə rəsmi səfər edəcəyini bildirdi və vurğuladı ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrimizin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.
Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində iki ölkənin uzun müddətdir müxtəlif formatlarda dost və tərəfdaş olduğunu vurğuladı. Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını deyən qonaq münasibətlərimizin yaxşı perspektivlərə malik olduğunu qeyd etdi.
Miloyko Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu dedi və vurğuladı ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin möhkəmləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcək.
Baş nazir Azərbaycanın Monteneqroya böyük sərmayələr yatırdığını deyərək, bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirdi.
Görüşdə Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin gələcəkdə genişləndirilməsi üçün imkanların olduğu da qeyd edildi.
Miloyko Spayiç qarşılıqlı turist axınına toxunaraq bildirdi ki, çoxsaylı azərbaycanlı turistlər Monteneqroda, Monteneqro turistləri isə Azərbaycanda özlərini rahat hiss edirlər.
Qonaq bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Söhbət zamanı infrastruktur layihələri, enerji təchizatı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar