Sizin Reklam Burada
Xəbər lenti
19-10-2026
18-10-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?

Tarix: 25-09-2026 11:10     Baxış: 3776 A- / A+
Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?
"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə işğaldan azad olunan ərazilərimizdə yeni istehsal sahələrinin qurulacağı bildirildi".
Manevr.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Dövlət Proqramına əsasən, bir sıra bölgələrimizdə, o cümlədən Ağdərə və Kəbəcərdə yeni zavodlar inşa ediləcək.
"Ağdərə rayonu əlvan və qiymətli metal ehtiyatları ilə Qarabağın ən zəngin regionlarından hesab olunur. Rayon ərazisində sənaye əhəmiyyətli mis, qızıl, sink və qurğuşun yataqları mövcuddur. Rayon ərazisində yerləşən "Dəmirli" Mis Yatağında son geoloji kəşfiyyatlara əsasən ərazidə 470 min tona yaxın mis ehtiyatı var. Rayonun Qızılbulaq yatağı qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlərdə qızılın orta miqdarı 4,0 q/t, gümüş 5,4 q/t, mis isə 1,41% təşkil edir. Selen, tellur və kükürd kimi qiymətli komponentləri də yataqda qeydə alınıb.

Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərin payına düşür. Kəlbəcər rayonu ərazisində hesablanmış 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen, 274 min ton kükürd və s. böyük həcmdə ehtiyat var. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Göründüyü kimi, hər iki rayonumuz xammal ehtiyatları baxımından zəngin bölgələrimizdəndir. Bu isə Qarabağ və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın iqtisadi inkişafında əsas drayverlərindən birinə çevriləcəyindən xəbər verir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar