Xəbər lenti
Dövlət müəssisələri ilə bağlı vacib qərar
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu meyarlar dövlət investisiya proqramları çərçivəsində dövlət büdcəsindən dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə vergitutma məqsədləri üçün investisiya layihələri üzrə meyarları müəyyən edir.
Bu Meyarlar paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətlərə, məhdud məsuliyyətli cəmiyyətlərə, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslərə və publik hüquqi şəxslərə şamil olunur.
İqtisadiyyat Nazirliyi tərəfindən ildə bir dəfədən az olmayaraq investisiya layihələrinin bu Meyarların tələblərinə uyğunluğuna dair monitorinq keçirilir. Monitorinq nəticəsində layihənin həmin tələblərə cavab vermədiyi aşkar edildiyi təqdirdə, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş uyğunluq barədə rəyin ləğv olunması haqqında qərar qəbul edilir və bu barədə on iş günü ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə məlumat verilir. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































