Xəbər lenti
Bu qidalar beyin damarlarına zərər verə bilər

Manevr.az xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş arası təxminən 9 min insanın məlumatları təhlil edilib.
Araşdırma zamanı məlum olub ki, ən çox emal olunmuş qida qəbul edən hər 9 nəfərdən birində beyin damarlarının zədələnməsi əlamətləri aşkarlanıb. Bu göstərici həmin qidaları ən az qəbul edənlər arasında hər 12 nəfərdən bir olub.
MRT müayinələri zamanı beyində iki növ dəyişiklik müəyyən edilib. Bunlardan biri sinir hüceyrələri arasında əlaqəni təmin edən ağ maddədə yaranan dəyişikliklər, digəri isə qan dövranının pozulması nəticəsində zədələnmiş beyin toxumaları olub.
Tədqiqatçılar bildirirlər ki, bu dəyişikliklər gələcəkdə insult, zehni qabiliyyətlərin zəifləməsi və demensiya riskinin artması ilə əlaqəli ola bilər.
Yaş, siqaret istifadəsi, fiziki aktivlik, gəlir səviyyəsi, yüksək qan təzyiqi və diabet kimi amillər nəzərə alındıqdan sonra da bu əlaqə müşahidə edilib.
Bununla belə, alimlər araşdırmanın emal olunmuş qidaların birbaşa beyin zədələnməsinə səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Əlaqənin dəqiq müəyyənləşdirilməsi üçün əlavə və uzunmüddətli tədqiqatlara ehtiyac var.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























