Xəbər lenti
Firuzə İbadova ilk dəfə xəstəliyindən danışdı

Manevr.az bakupost.az-a istinadla xəbər verir ki, sənətçi "Şadlıq olsun" verilişinə onlayn qoşularaq xəstəliyi ilə bağlı açıqlama verib.
O, bədənində beş şiş aşkarlandığını və analizlərin cavabını gözlədiyi müddətdə böyük qorxu keçirdiyini bildirib:
“Bədənimdə şişlər var idi. Həkimlər onları histoloji müayinəyə göndərdilər. Nəticələr gələnə qədər hər gün ağlayırdım. Çünki çox qorxurdum, üstəlik, müayinəyə getməyi çox gecikdirmişdim. Şişlər böyümüşdü. Beş şiş var idi, biri mədəmin düz altında, üçü isə göbək ətrafımda idi. Bu, məndə çox böyük fəsadlara səbəb olmağa başlamışdı. Ayaqlarım tutulurdu, qıcolmalar olurdu. Həkimlər məni çox ağır bir prosesdən xilas etdilər. İndi bir az da qalıb. Həkimlər çox yaxşı bilirlər ki, şişlər çıxarılanda onların altında ölü toxumalar olur”.
Xatırladaq ki, Firuzə İbadova təxminən ay yarım əvvəl vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























