Sizin Reklam Burada
Xəbər lenti
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus”

Tarix: 22-10-2026 09:14     Baxış: 461 A- / A+


Son günlər havanın temperaturunun yüksək olması və avtobuslarda kondisionerlərin işləməməsi sərnişinlərin narazılığına səbəb olub. Bəs payız mövsümündə havanın isti keçdiyi günlərdə avtobuslarda kondisionerlərin fəaliyyəti necə tənzimlənir?
Manevr.az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib ki, qurumun istismarında olan avtobuslarda sentyabrın 23-dən payız mövsümünün başlanması ilə əlaqədar mövsümi rejimə keçilib və kondisionerlərin soyutma funksiyası dayandırılıb.
Qeyd olunub ki, mövsümi rejimə uyğun olaraq avtobuslarda havalandırma sistemlərindən istifadə edilir. Havanın temperaturunun nisbətən yüksək olduğu günlərdə salonun havalandırılması üçün açılması nəzərdə tutulan pəncərələrdən də istifadə oluna bilər.
Hava soyuduqda isə avtobuslarda isitmə sistemi aktivləşdirilir.
"Soyutma və isitmə sistemlərinin mövsümi rejim üzrə aktivləşdirilməsi və dayandırılması mərkəzləşdirilmiş qaydada tənzimlənir və sürücülərin fərdi qərarından asılı deyil", - məlumatda vurğulanıb.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar