Sizin Reklam Burada
Xəbər lenti
21-10-2026
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin bir sıra vətəndaşları "arzuolunmaz şəxslər" siyahısına daxil edildi

Tarix: 21-10-2026 13:34     Baxış: 333 A- / A+
Türkiyənin bir sıra vətəndaşları "arzuolunmaz şəxslər" siyahısına daxil edildi
Türkiyənin bir sıra vətəndaşları "arzuolunmaz şəxslər" siyahısına daxil edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.
Həmin şəxslərin siyahısı:
Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri
Cem Özyurt – Bloger
Akın Duru – TV8 və Acunmedya əməkdaşı
Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri
Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı
Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi
Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik
Serhat Koyuncu – İctimai xadim
Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı
Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq
Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)
Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri
Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini
Aydın Binboğa – İqtisadçı, siyasətçi
Hakkı Eren – “Köklü Değişim” jurnalisti
Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri
Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi
Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi
Mert Armağan – Jurnalist
Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist
Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı
Yusuf Kaplan – Yazıçı, jurnalist
Erdinc Teğmen – Erte Medya’nın sahibi
Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi
Halil Atakan Ay – İlahiyyatçı
İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti
Murat Şahin – Akıt TV- də proqram aparıcısı
İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı
Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı
Ömer Ulutaş – Toprak partiyasının sədri
Ömer Faruk Gergerlioğlu – Millət vəkili
"Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək", - nazirliyin məlumatında qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar