Xəbər lenti
Ər-Riyad üzərində husilərin ballistik raketi məhv edilib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının qüvvələri, Yəməndəki husi üsyançı hərəkatı "Ənsar Allah" tərəfindən Ər-Riyada doğru buraxılan ballistik raketi ələ keçirərək məhv edib. Manevr.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
"Husi terrorçuları tərəfindən Ər-Riyada doğru buraxılan ballistik raketin ələ keçirilməsi və məhv edilməsi",- deyə o, "X" sosial şəbəkəsində yazıb
Hadisəyə cavab olaraq, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi fövqəladə hallar üçün nəzərdə tutulmuş Milli Erkən Xəbərdarlıq Platformasını işə salaraq, Ər-Riyad sakinlərini potensial təhlükə barədə xəbərdar edib. Daha sonra qurum "X" sosial şəbəkəsində xəbərdarlığın ləğv olunduğunu açıqlayıb. Bəyanatda "Ər-Riyad şəhəri üçün təhlükə aradan qalxdı" ifadəsi yer alıb. Səlahiyyətli orqanlar, həmçinin əhalini təhlükəsizlik qaydalarına davamlı riayət etməyə, insanların sıx toplaşdığı yerlərdən qəti şəkildə uzaq durmağa və video çəkiliş aparmamağa çağırıb.
2014-cü ilin avqust ayından etibarən Yəməndə ərəb koalisiyası tərəfindən dəstəklənən hökumət qüvvələri ilə husi üsyançıları arasında silahlı münaqişə davam edir. Oktyabrın 19-da hərəkatın hərbi sözçüsü Yəhya Sarea Səudiyyə Ərəbistanı ərazisinə bir sıra zərbələrin endirildiyini bəyan edib. Zərbələr nəticəsində Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, "Saudi Aramco" neft-qaz şirkətinə məxsus obyektlər və müxtəlif hərbi bazalar hədəf alınıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























